İlham Əliyevlə Ərdoğan Laçın hava limanının açılışını etdi - Video
28 May 2025, 13:04
Qaynar xətt:
(+99450) 247 90 86İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
SİYASƏT
324
18.03.2025, 17:34
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Oxu24.com-un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram.
Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.
Həmçinin oxuyun
Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.
Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.
Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.
Bayramınız mübarək olsun!"
13:46 / 28 May 2025
Güclü partlayış olub
72
13:38 / 28 May 2025
Nazirdən Aİ-92 markalı benzinlə bağlı açıqlama
372
13:04 / 28 May 2025
İlham Əliyevlə Ərdoğan Laçın hava limanının açılışını etdi - Video
226
12:58 / 28 May 2025
Bakıda mağazada içki üstündə dəhşət yaşandı: Tutulan şəxs görün kimdir
327
12:56 / 28 May 2025
Sabahın havası ilə bağlı açıqlama
45
11:38 / 28 May 2025
Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi
108
11:17 / 28 May 2025
Ərdoğan Laçındadır
53
09:48 / 28 May 2025
Mehriban Əliyevadan Müstəqillik Günü təbriki - Foto
101
09:42 / 28 May 2025
Ərdoğan məhkəməni uddu - 70 min təzminat alacaq
73
09:36 / 28 May 2025
Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
61
09:34 / 28 May 2025
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
144
23:18 / 27 May 2025
Müharibənin taleyi Putinə qaldı
103
22:05 / 27 May 2025
Azərbaycanda yeni meyvə və tərəvəzlər yetişdirili
154
21:42 / 27 May 2025
Mayın 28-də səhər saatlarından başlayaraq... - əhalinin nəzərinə
566
21:41 / 27 May 2025
Tanınmış həkimin diplomu saxta çıxdı - 16 illik şəbəkə ifşa edildi
193
21:03 / 27 May 2025
Qəbul prosesinə dəyişikliklərə aydınlıq gətirilib
154
20:45 / 27 May 2025
Belarus qadağanı aradan qaldırır
129
20:26 / 27 May 2025
Macarıstan Ukraynanı Macarıstan Partiyasını qadağan etməkdə ittiham edib
124
20:02 / 27 May 2025
ABŞ-ın bir planı var, amma heç kimin xoşuna gəlmir
129
19:57 / 27 May 2025
Bakıda kişi qadını küçənin ortasında bu hala saldı — FOTOLAR
612
19:45 / 27 May 2025
May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları bu gün ödənilib
154
19:38 / 27 May 2025
İki gün qaz olmayacaq - Bu ərazidə
274
19:23 / 27 May 2025
Pendirin arxasınca özlərini qayadan atdılar - VİDEO
335
19:21 / 27 May 2025
Britaniya Ukraynanı Rusiya pulu ilə silahlandıracaq
129
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.